Laçında daha 20 ailəyə evlərin açarları təqdim edildi

Laçında daha 20 ailəyə evlərin açarları təqdim edildi
  14 Dekabr 2023    Oxunub:791
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Laçına çatan 20 ailəyə evlərinin açarları təqdim olunub.
AzVision.az xəbər verir ki, bununla əlaqədar keçirilən mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

Bununla da Laçın şəhərində 383 ailə, yəni 1475 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələrin, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti