Bakı Baş Gömrük İdarəsinin rəisi: " Vətəndaş məmnuniyyəti əsas hədəfimizdir"
O qeyd edib ki, tətbiq edilən hər bir layihə və yeniliklərin uğurlu olduğunu göstərən əsas meyar sahibkarların məmnunluq səviyyəsidir.
Baş İdarə rəisi həmçinin vurğulayıb ki, “Könüllü əməletmə” prinsipi gömrük rəsmiləşdirilmə prosesinin daha sürətli və çevik həyata keçirilməsi imkanını yaradır.
Bu da öz növbəsində sahibkarları könüllü əməletmə prinsipinə təşviq edir:
"Ümumi sahibkarların gömrük əməliyyatlarının təhlili zamanı müəyyən edilib ki, gömrük əməliyyatlarında 60- 65 faizi aşağı risk qrupudur.
İstər aşağı, istər orta, istərsə də yuxarı risk qrupu olsun, bunların rəsmiləşmə müddətləri eynidir. Məhz bu aşağı risk qrupu olan sahibkarlara könüllü əməl etmə prinsipinin qarşılığı olaraq rəsmiləşdirmə müddətini azaltmağa çalışdıq.Nəticə etibarı ilə 48- 49 saat ərzində rəsmiləşdirilən bəyannamələr bu gün könüllü əməl etmə prinsipinə əməl edən sahibkarlara münasibətdə 70 75 faiz azaldılıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: