Rusiya və Azərbaycan baş prokurorluqlarının nümayəndələri Bakıda ekstradisiya məsələlərini müzakirə ediblər
Əməkdaşlıq Proqramı çərçivəsində cinayət işləri üzrə ekstradisiya və hüquqi yardımın göstərilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakın axtarışı, müsadirəsi və xaricdən qaytarılmasının təşkili sahəsində beynəlxalq hüquqi əməkdaşlıq, məişət zorakılığı ilə mübarizə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, azyaşlılara qarşı törədilən cinayətlərlə mübarizə tədbirləri və ekoloji cinayətlərə dair işlərdə dövlət ittihamının müdafiəsinin xüsusiyyətləri adlı mövzulara həsr olunmuş seminarlar keçirilərək faydalı təcrübə mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: