Türkiyə və Azərbaycan bu il 14 birgə hərbi təlim keçiriblər

  Türkiyə və Azərbaycan  bu il 14 birgə hərbi təlim keçiriblər
  16 Dekabr 2023    Oxunub:1427
Bu il Türkiyə və Azərbaycan 14 birgə hərbi təlim keçiriblər.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.


Nazir, həmçinin noyabrın 27-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan arasında 10-cu Üçtərəfli Müdafiə Nazirləri görüşünün hər üç ölkənin hərbi və təhlükəsizlik məsələləri də daxil olmaqla geniş sahələr üzrə ümumi maraqlarına və gözləntilərinə xidmət etdiyini vurğulayıb. Onun sözlərinə görə, regional sabitlik üçün səylər bundan sonra da davam edəcək.

AzVision.az




Teqlər: Türkiyə   Azərbaycan   Təlim  





Xəbər lenti