"Yeni iş təklifi gözləyirəm" - İşdən çıxarılan 76 yaşlı icra başçısı
"Hələ ki, istirahətdəyəm. Sonra necə desələr, elə də olacaq. Hələlik heç bir işlə məşğul deyiləm.
Yəqin ki, gələcəkdə yeni iş təklifi olacaq. Hələ ki, gözləyirəm. Yenə icra hakimiyyəti və ya digər xidmət sahəsi ilə bağlı iş təklifi gəlsə, etiraz etmərəm", - deyə o qeyd edib.
Qeyd edək ki, 76 yaşlı Alı Qocayev 2023-cü ilin oktyabr ayında vəzifəsindən azad edilib. O, 7 il Binəqədi rayonunun, 11 il isə Samux rayonunun icra başçısı vəzifəsində çalışıb.
AzVision.az
Teqlər: