Ukrayna ən təcrübəli pilotunu, general Pavloviçi itirdi

   Ukrayna ən təcrübəli pilotunu,    general Pavloviçi itirdi
  15 Yanvar 2024    Oxunub:961
Ukrayna ordusunun ən təcrübəli pilotu, Silahlı Qüvvələrin general-mayoru Stanislav Pavloviç həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Qərb” Hərbi Hava Komandanlığı Facebook-da məlumat yayıb.

Ukrayna pilotlarının unikal əməliyyat görüntüləri yayıldı - VİDEO
65 yaşlı peşəkar hərbçi karyerasına sıravi pilot kimi başlayıb və bombardmançı aviasiya alayının komandiri vəzifəsinə qədər yüksəlib. O, son illərdə cəbhədə Su-24 bombardmançı təyyarələrini idarə edib. Pavloviçin ölümünün hansı şəraitdə baş verməsi açıqlanmayıb. Yalnız generalın Lvovda dəfn edildiyi qeyd olunur.

Onun ölüm versiyalarından biri kimi məşhur pilotun Ukraynanın hərbi aerodromuna raket hücumları nəticəsində həlak olması göstərilir. Həmçinin, generalın gənc pilotların təlimi zamanı, Su-24-ün qəzaya uğraması nəticəsində ölməsi fərziyyəsi də səsləndirilir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Pilot   General  





Xəbər lenti