Ukraynanın vurduğu təyyarədə rus general da ölüb

   Ukraynanın vurduğu təyyarədə  rus general da ölüb
  16 Yanvar 2024    Oxunub:953
İki gün öncə Zaporojyedə ukraynalı hərbçilər tərəfindən vurulan A-50 təyyarəsində olan rusiyalı pilotların cəsədləri aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə jurnalist Andrey Çaplienko Telegram-da məlumat yayıb.

Ukrayna ən təcrübəli pilotunu, general Pavloviçi itirdi
O qeyd edib ki, “vurulan A-50-nin pilotlarının cəsədləri Berdyansk yaxınlığında tapılıb. Onların donmuş qalıqları qarın üzərində olub”.

Çaplienko müstəqil mənbələrə istinad edərək yazıb ki, təyyarənin göyərtəsində Rusiya Hərbi Hava Qüvvələrinin uzaqmənzilli aviasiya komandirinin müavini, Oleq Vladimiroviç Pçela da olub. Pçelanın hərbi rütbəsi general-mayordur. O, Rusiyanın Saratov vilayətindəki "Engels" aerodromunda yerləşən 22-ci Qvardiyanın Ağır Bombardmançı Hava Diviziyasının komandiridir.

Xatırladaq ki, yanvarın 14-də Ukrayna Ordusu Hərbi Hava Qüvvələrinin iki Rusiya təyyarəsini vurması barədə məlumat yayılmışdı. Xəbəri Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı da təsdiqləyib. Söhbət Azov dənizi üzərində yerləşən uzaqmənzilli radar aşkarlayan A-50 və İl-22M təyyarəsindən gedir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Təyyarə   General  





Xəbər lenti