"Rusiyadan alınan silahlar artıq Ermənistandadır" - Melkonyan

      "Rusiyadan alınan silahlar artıq Ermənistandadır"    - Melkonyan
  16 Yanvar 2024    Oxunub:1173
Ermənistan parlamentinin müdafiə komitəsinin üzvü Qaqik Melkonyan diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, "Azatutyun"a müsahibəsində Rusiya silahlarından ibarət yüklərin artıq Ermənistanda olduğunu bəyan edib.

"Rusiya pulunu ödədiyimiz silahları vermədi" - Səfəryan
Melkonyanın sözlərinə görə, silah partiyası İrəvana bu yaxınlarda gəlib. Hərbi yüklər Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində çatdırılıb.

Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin Müdafiə komitəsinin sədri Andranik Köçəryan da oxşar mövzuda diqqət çəkən fikirlər səsləndirmişdi. O, İrəvanın Moskvadan sifariş verdiyi silahları əldə edə bilməsi ilə bağlı suala cavabında “Bəli, müəyyən qədər almışıq” deyib. Köçəryan əlavə edib ki, “Silahlar bizim gözlədiyimiz həcmdə deyil, imzaladığımız müqavilə çərçivəsində nələrsə verirlər. Amma zaman keçdikcə hamısı həll olunacaq”.

Xatırladaq ki, ötən il Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan İrəvanın Rusiyaya pul ödəməsinə baxmayaraq silahları əldə edə bilmədiyini demişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   Silah  





Xəbər lenti