Ən güclü ordu reytinqi - ABŞ birinci, Türkiyə səkkizincidir

 Ən güclü ordu reytinqi -  ABŞ birinci, Türkiyə səkkizincidir
  17 Yanvar 2024    Oxunub:1145
Rusiya dünyanın ən güclü ordusuna malik ölkələrlə bağlı reytinqdə ABŞ-dən sonra ikinci yeri tutub.
AzVision.az xəbər verir ki, bu barədə Global Firepower Index 2024-ün illik reytinq siyahısında məlumat verilib.

Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır - General (VİDEOMÜSAHİBƏ)
Reytinqdə birinci yerdə olan ABŞ ordusu 0,0699 döyüş gücü indeksi alıb. Rusiya isə 0,0702 indeksə malikdir. Üçüncü yerdə 0,0706 reytinqlə Çin qərarlaşıb.

Ən güclü orduların ilk beşliyində Hindistan və Cənubi Koreya da var.

Altıncı yerdən onuncuya qədər olan sıralamada Böyük Britaniya, Yaponiya, Türkiyə, Pakistan və İtaliya var. Hazırda dünya ikincisinin hücumuna məruz qalmış Ukrayna reytinqdə 18-ci, Almaniya isə 19-cu yerdə qərarlaşıb.

Reytinq tərtibçiləri siyahını hazırlayarkən 60-dan çox amili, o cümlədən maliyyə göstəriciləri və ölkələrin coğrafi mövqeyi nəzərə aldıqlarını yazıblar.

Xatırladaq ki, ötən ilin oktyabrında ABŞ -nin “News & World Report” analitikləri Rusiyanı dünyanın ən güclü ordularının reytinqində birinci yerə qoymuşdular. Orduların reytinqində ikinci və üçüncü yerlər müvafiq olaraq ABŞ və Çin-ə verilmişdi. Analitiklər dördüncü yerdə İsrail ordusunu, beşdə isə Cənubi Koreya qüvvələrini görüblər. Ukrayna altıncı olub.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ordu   ABŞ   Rusiya   Reytinq  





Xəbər lenti