Paşinyan: "Yeni konstitusiyaya ehtiyacımız var"

    Paşinyan:    "Yeni konstitusiyaya ehtiyacımız var"
  19 Yanvar 2024    Oxunub:1110
Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiya ilə bağlı diqqət çəkən açıqlamalar verib. O, ölkəsinin yeni konstitusiyaya ehtiyacı olduğunu deyib.
“Zənnimcə və bir sıra həmkarlarımın da fikrinə görə, bu daha geniş müzakirə mövzusuna çevrilməlidir. Ermənistan Respublikasının konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyacı var”,- İrəvan rəhbəri deyib.

Paşinyan qohum-əqrəba klanı qurur
O qeyd edib ki, hazırda dünyada ciddi dəyişikliklər baş verir və bu, istər-istəməz Cənubi Qafqaz regionuna, eləcə də Ermənistana təsir edəcək.

"Belə dəyişikliyə başqa cür yanaşmaq olar. Amma bizim təkamülə necə yanaşmağımızdan asılı olmayaraq, bu artıq baş verir. Ona görə də bizim mövqeyimiz və yanaşmamız məlum təkamülü dayandırmaq olmamalıdır. Bu, özlüyündə məntiqsizlikdir. Çünki təkamülü dayandırmaqla biz deqradasiyaya çatacağıq”, - Paşinyan bildirib.

Eyni zamanda, o, parlament idarəetmə sistemini Ermənistan üçün ən əlverişli yol sayıb. Baş nazir buna İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə əmin olduğunu bildirib

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Konstitusiya   Ermənistan  





Xəbər lenti