Qazaxlara Türkiyə və Yaponiya fəlakətlərini xatırladan zəlzələ - VİDEO

Qazaxlara Türkiyə və Yaponiya fəlakətlərini xatırladan zəlzələ    - VİDEO
  23 Yanvar 2024    Oxunub:922
Xəbər verdiyimiz kimi Qazaxıstanda güclü zəlzələ baş verib.
Xarici KİV təbii fəlakətin insanlar arasında təşviş yaratdığını yazıb. Mədinə adlı Almatı sakini Qazeta.Ru-ya açıqlamasında deyib ki, çərşənbə axşamı gecə baş verən zəlzələ zamanı insanlar sadəcə başmaq və pijama ilə küçəyə qaçmalı olublar. Ailələr uşaqları sadəcə ədyala bürüyərək qaçıblar.

Qazaxıstanda zəlzələ olub, 8 nəfər xəsarət alıb
Qadının sözlərinə görə, bu zəlzələ 90-cı illərdən bəri ən güclü yeraltı təkan olub: "Mən o anlarda dəhşətli dərəcəd şok keçirirdim. Əvvəl elə bildim ki, sadəcə çarpayım silkələnir. Sonra gördüm ki, çilçıraqlar da titrəyir. Valideynlərimi oyatmağa getdim. Atamın əlindən tutub dedim ki, “zəlzələ baş verir”. Biz bütün müqəddəslərə dua etməyə başladıq. Məncə zəlzələ 10 dəqiqə davam etdi, amma onun effekti tam bir saat hiss olundu. Artıq beynimdə bütün pis fikirlər dolanmağa başlamışdı. Mən Türkiyə və Yaponiyadakı olayları xatırlamağa başladım".


Tural Tağıyev
AzVision.az



Teqlər:   Qazaxıstanm   Zəlzələ  





Xəbər lenti