"Minalanmış sahələrin yeni xəritələri Bakıya verilə bilər" - Mirzoyan

   "Minalanmış sahələrin yeni xəritələri Bakıya verilə bilər" -    Mirzoyan
  23 Yanvar 2024    Oxunub:1075
Etibar mühiti yaranarsa, Ermənistan beynəlxalq ictimaiyyətin iştirakı ilə Qarabağdakı mina sahələrinin yeni xəritələrini Azərbaycana verə bilər
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan mətbuat konfransında bildirib.

“Ermənistan sorğular vasitəsilə yeni mina xəritələrini tərtib etməyə çalışır. Etimad mühiti olarsa, beynəlxalq ictimaiyyətin iştirakı ilə Ermənistan tərəfi onların Azərbaycana verilməsini müzakirə edə bilər”, - Mirzoyan bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti