Şolts: "Aİ ölkələrinin Kiyevə yardımı qeyri-kafidir"

      Şolts:    "Aİ ölkələrinin Kiyevə yardımı qeyri-kafidir"
  24 Yanvar 2024    Oxunub:783
Almaniya kansleri Olaf Şolts 2024-cü ildə Avropa ölkələrinin Ukraynaya planlaşdırdığı yardımı qeyri-kafi adlandırıb
AzVision.az xəbər verir ki, Almaniya kansleri "Die Zeit" qəzetinə müsahibəsində deyib. O, dövlətlərdən Kiyevə daha çox dəstək vermələrini xahiş edib.

"Avropa dövlətlərinin 2024-cü ildə Ukraynaya ayıracağı məbləğlər kifayət qədər böyük deyil. Avropa hər bir ölkənin hansı töhfə verə biləcəyini müzakirə etməlidir ki, dəstəyi əhəmiyyətli dərəcədə genişləndirək. Bu baxımdan, mən sadəcə olaraq həmkarlarımla çoxlu telefon danışıqları aparıram və onlardan daha çox iş görmələrini xahiş edirəm”, deyə kansler əlavə edib.

O iddia edib ki, Ukrayna hər cür müdafiə qabiliyyətinə malik olmalıdır. "Və bu, hava hücumundan müdafiə, artilleriya, tank və ya sursat çatışmazlığı səbəbindən uğursuz olmamalıdır. Mən qəti şəkildə inanıram ki, Avropa Ukraynanı dəstəkləmək üçün daha çox iş görməlidir"

Şolts qeyd edib ki, Almaniya hazırda Avropada Ukraynaya hərbi yardımın yarıdan çoxunu səfərbər edir.

AzVision.az


Teqlər:





Xəbər lenti