Türkiyə prezidenti: "Fələstin dövləti qurulanadək mübarizəmiz davam edəcək"

      Türkiyə prezidenti:   "Fələstin dövləti qurulanadək mübarizəmiz davam edəcək"
  24 Yanvar 2024    Oxunub:851
"1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurulanadək mübarizəmiz davam edəcək”.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə – İran Biznes Forumunda açıqlayıb.

“İsrailin müharibə cinayətlərindən yaxasını qurtarmaması üçün beynəlxalq səviyyədə atılan addımları dəstəkləyirik”, – dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə Yaxın Şərqdəki münaqişənin ilk günündən “bu məsələdə qürurlu və vicdanlı mövqe ortaya qoyub”.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi arasında görüş olub.

AzVision.az


Teqlər:





Xəbər lenti