ABŞ "Boeing 737 MAX " təyyarələrinin istehsalını dayanırdı

   ABŞ "Boeing 737 MAX " təyyarələrinin istehsalını dayanırdı
  25 Yanvar 2024    Oxunub:837
ABŞ Federal Aviasiya Administrasiyası keyfiyyətə nəzarəti yaxşılaşdırmaq üçün MAX tipli təyyarələrin, o cümlədən "Boeing 737 MAX 9"un istehsalının genişləndirilməsinə icazə verməyəcəklərini bəyan edib.
AzVision.az xəbər verir ki, açıqlamada FAA-nın hər bir təyyarənin təhlükəsiz olmasını təmin etmək üçün əlavə tədbirlər elan etdiyi qeyd edilib.

Həmçinin FAA-nın uçmasına icazə verilməyən 171 ədəd "737 MAX 9" təyyarəsinin hər birinin hərtərəfli yoxlanıldığı, texniki baxış prosesindən keçdiyi və yoxlamalarının uğurla tamamlandığı açıqlanıb.

Bəyanatda fikirləri yer alan FAA Administratoru Mayk Vayteyker bildirib ki, proses zamanı ortaya çıxan keyfiyyətə nəzarət problemlərinin həll olunduğuna əmin olana qədər "Boeing"dən istehsalın genişləndirilməsi və ya 737 MAX üçün əlavə istehsal xətlərinin təsdiqlənməsi ilə bağlı heç bir tələbi qəbul etməyəcəklər.

Qeyd edək ki, yanvarın 5-i axşam saatlarında ABŞ-da "Alyaska Hava Yolları"na məxsus "Boeing 737 MAX 9" tipli sərnişin təyyarəsi havada olarkən gövdəsinin bir parçası qopub. Oreqondan Kaliforniyaya gedən təyyarə havaya qalxdıqdan təxminən 35 dəqiqə sonra təcili eniş etməli olduğu halda, parçanın qopduğu hissədə sərnişin olmadığı bildirilib. "Alaska Hava Yolları" tərəfindən edilən yazılı açıqlamada, təyyarənin 171 sərnişin və 6 kabin heyəti ilə təhlükəsiz eniş etdiyi qeyd edilib.

Açıqlamada 65 ədəd 737 MAX 9 tipli təyyarənin yoxlama üçün müvəqqəti istifadədən çıxarılacağı və yoxlamaların bir neçə gün davam edəcəyi qeyd edilmişdi.

FAA, operatorlar lazımi yoxlamaları tamamlayana qədər "Boeing 737 MAX 9" təyyarələrinin uçmayacağını açıqlamışdı.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti