Erməni siyasətçi repressiyaya görə ölkəni tərk edib

Erməni siyasətçi repressiyaya görə ölkəni tərk edib
  25 Yanvar 2024    Oxunub:1056
İrəvan Ağsaqqallar Şurasında “Ana Ermənistan” fraksiyasını təmsil edən Narine Ayrapetyan Ermənistanı tərk etməsinin səbəblərini açıqlayıb.
O, “Facebook”da paylaşdığı videoda qeyd edib ki, “Polis repressiyaları və həyatıma təhlükə yarandığı üçün vətənimi tərk etmişəm".

Ayrapetyanın sözlərinə görə, ona “mötədilliyi qorumaq və sərt tənqidi dayandırmaq” barədə xəbərdarlıq edilirmiş.

"Ana Ermənistan" fraksiyası də məsələ ilə bağlı bəyanat yayıb. Qeyd edilir ki, Narine Ayrapetyanın polislə əlaqə saxladıqdan sonra Ermənistanı tərk etməsi təşviş doğurur. Bir neçə gün onunla əlaqə saxlaya bilmədik. Onunla əlaqə saxladığımız zaman Ayrapetyan bildirib ki, polis ona siyasətçinin ifadəsini geri götürməsi və yeni ifadə verməsi üçün təzyiq etdiyi üçün ölkəni tərk edib.

Xatırladaq ki, bir neçə gün öncə Ayrapetyanın oğurlanması barədə məlumat yayılmışdı. Ermənistanın İstintaq Komitəsi Ağsaqqallar Şurasının üzvünün oğurlanması ilə bağlı cinayət işi açıb.

AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti