Saymon Şuster: "Zelenski-Zalujnı qarşıdurmasının səbəbi nədir?"

      Saymon Şuster:    "Zelenski-Zalujnı qarşıdurmasının səbəbi nədir?"
  26 Yanvar 2024    Oxunub:1191
Ukrayna prezidenti Vladimir Zelenski ilə ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasında münaqişəyə sonuncunun mümkün siyasi ambisiyaları olub.
AzVision.az xəbər verir ki, “The Time” jurnalının baş müxbiri Saymon Şuster Ukrayna prezidenti Zelenskinin bioqrafiyası haqqında yazdığı “The Shouman” kitabında belə iddia irəli sürüb.

Kitabda Zelenskinin Zalujnı ilə 2019-cu ilin yazında, sonuncunun hələ Ukrayna Silahlı Qüvvələrinin birgə əməliyyat qərargahına rəhbərlik etdiyi və yeni prezidentin administrasiyasını hərbi məsələlərlə bağlı məlumatlandırdığı vaxt, görüşdüyü bildirilir. Şusterin sözlərinə görə, ilkin mərhələdə Zalujnıya “döyüş meydanında qərarların qəbulunda təşəbbüs göstərməyə” rahatlıqla icazə verən dövlət başçısı şəxsi diqqətini daxili və xarici siyasətə yönəldib.

Lakin sonradan Zelenski “öz hərbi prioritetlərini” formalşadırıb ki, bu da Zalujnının prioritetləri ilə həmişə üst-üstə düşməyib.

“Tezliklə çatlar genişləndi və onlar arasında toqquşmalar başladı” , - jurnalist yazıb.

Digər səbəblər kimi Zalujnının ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri komitəsinin keçmiş rəhbəri Mark Milli ilə ünsiyyətində yaranmış çətinliklər və Ukrayna prezidenti ofisinin Zalujnının mümkün siyasi ambisiyalarından şübhələnməsi göstərilir.

Şuster yazır ki, Zalujnının siyasi partiyaya çevrilə biləcək xeyriyyə fondu yaratmaq cəhdini mülki hakimiyyət generalın prezidentliyə öz namizədliyini irəli sürə bilməsi perspektivi kimi qiymətləndirib. Ukrayna prezidenti ofisinin əhali arasında keçirdiyi gizli sorğunun nəticələrinə göeə, Baş Komandanın populyarlığı onun Zelenski ilə bu müstəvidə rəqabət apara bilməsi həddinə çatıb. Bu isə Ukrayna prezidentinin Zalujnı ilə münasibətlərində soyuqluğun yaranmasını şərtləndirib.

Qeyd edək ki, “The Time” jurnalının baş müxbiri Saymon Şusterin Ukrayna prezidenti Vladimir Zelenskinin bioqrafiyası haqqında yazdığı “The Showman” kitabı bu ay dərc olunub.

2019-cu ildə Zelenskinin seçki kampaniyasını ətraflı şəkildə işıqlandıran jurnalist, 2022-ci ilin fevralında Rusiyanın hərbi müdaxiləsindən bəri, Ukraynanın yüksək rütbəli rəsmilərinə istinadən, müntəzəm olaraq ölkə rəhbərliyinin ən yüksək dairələrində baş verənləri qələmə alıb.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   Zalujnı  





Xəbər lenti