Cenevrədə azərbaycanlılar aksiya keçirirlər - FOTOLAR

   Cenevrədə azərbaycanlılar aksiya keçirirlər -    FOTOLAR
  27 Yanvar 2024    Oxunub:810
İsveçrənin Cenevrə şəhərində azərbaycanlılar etiraz aksiyası keçirirlər.
AzVision.az "Report"a istinadən xəbər verir ki, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə soydaşlarımız Millətlər Təşkilatının Cenevrə ofisinin qarşısına toplaşıblar.

Aksiya iştirakçılarının məqsədi Avropa ictimaiyyətinə Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etməsi üçün çağırışlar etməkdir. “Mina sahəsi” adlı təlimlər keçirilir və sakinlərə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanmasına dair ətraflı məlumat verən flayerlər paylanılır.

Aksiya erməni təşkilatlarının keçirdikləri ümümavropa aksiyasında yaydıqları yalan məlumatların qarşısını almaq məqsədilə keçirilən silsilə tədbirlərdəndir.

AzVision.az

Qalereya




Teqlər: Cenevrə   azərbaycanlılar   etiraz   aksiya  





Xəbər lenti