Paşinyan heroin istifadə edirmiş - VİDEO

   Paşinyan heroin istifadə edirmiş    - VİDEO
  07 Fevral 2024    Oxunub:888
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə müxalifət mediasının hədəfinə tuş gəlib. Buna səbəb baş nazirin arvadı Anna Akopyanın çəkdiyi video olub.
Görüntüləri erməni biznesmen Vahe Balbabyan özünün Facebook səhifəsində paylaşaraq iddia edib ki, ölkə rəhbəri çəkiliş gedən zaman narkotikin, konkret olaraq heroinin təsiri altında olub.

Ermənilər Paşinyan ailəsinin "qarğıdalı qonaqlığı"nı lağa qoyurlar- FOTOLAR
O, “Həb əla idi, burnum qaşınır" yazaraq Paşinyanın əlində müsəlmanlara xas olan əşya tutması, təsbeh fırlatmasına da diqqət çəkib.

Xatırladaq ki, Paşinyan ailəsi oxşar mövzularla bağlı bir neçə dəfə yerli medianın gündəminə gəlib.

Bir müddət öncə hətta baş nazirin zorla addımlamasını əks etdirən video sosial şəbəkələrin erməni seqmentində narazılıqla qarşılanmışdı. İnsanlar ölkədə bu qədər problem varkən dövlət başçısının eyş-işrətindən qalmamasını, içki məclisləri quraraq vaxtını xoş keçirməsini tənqid edirdilər.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan   Narkotik  





Xəbər lenti