İsrail Rəfəhə doğru hücuma keçir

   İsrail Rəfəhə doğru hücuma keçir
  08 Fevral 2024    Oxunub:1276
"HƏMAS üzərində qəti qələbəyə bir neçə ay qalıb".
AzVision.az bildirir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Silahlı Qüvvələrə Rəfəhdə əməliyyata hazırlaşmaq barədə əmr verib.

Şimal şəhərlərindən didərgin düşən 1,4 milyon fələstinli hazırda Qəzza zolağının ən cənubundakı Rəfəh şəhərində məskunlaşıb. Onlar kəskin su və ərzaq qıtlığı fonunda Misir sərhədi yaxınlığında qurduqları çadırlarda yaşayırlar.

BMT-nin Baş katibi Antoniu Quterreş şəhərə gözlənilən hücumla bağlı bəyanatında "regionda insani böhranın ikiqat artacağını" diqqətə çatdırıb.
Blinken İsraildə atəşkəslə bağlı danışıqlar aparacaq

Rəfəhə pənah gətirənlər İsrail-HƏMAS arasında atəşkəsi gözləsələr də, Qətər, Misir və ABŞ vasitəçiliyi ilə aparılan danışıqlar hələ ki nəticə vermir. Baş nazir Netanyahu HƏMAS terror qruplaşmasının irəli sürdüyü atəşkəs planına rədd cavabı verib.

"Həmasın qəribə tələbləri ilə razılaşmaq yeni bir qətliamın meydana gəlməsinə zəmin yaradacaq. Mütləq zəfərə az qalıb, başqa yol yoxdur", - o, televiziyada çıxışı zamanı söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   Rəfəh   hücum   atəşkəs   danışıqlar  





Xəbər lenti