Məhv edilən 4 erməni hərbçisinin adları açıqlanıb - Siyahı

   Məhv edilən 4 erməni hərbçisinin adları açıqlanıb -    Siyahı
  13 Fevral 2024    Oxunub:1132
Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən 4 hərbçisinin adları açıqlanıb.
Məhv edilən erməni hərbçilərin sayı dördə çatdı - YENİLƏNİB
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məhv edilən erməni hərbçiləri Arutyunyan Eduard Hamletoviç (1974-cü il təvəllüdlü), Manukyan Qaqik Varazdatoviç (1982-ci il təvəllüdlü), Ambartsumyan Arsen Qagik (1979-cu il təvəllüdlü), Oqanesyan Qraçya Talışeviçdir (1957-ci il təvəllüdlü).

Təxribat nəticəsində yaralanan daha bir erməni hərbçisinin həyatı üçün təhlükə olmadığı bildirilib.

Qeyd edək ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələri bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib.

Ermənistan mövqemizə atəş açdı, hərbçimiz yaralandı - Video

Məhv edilən ermənilər "Erkrapa"nın könüllüləri olublar

DSX-dən “Qisas əməliyyatı”: Ermənilərin ciddi itkiləri var


AzVision.az


Teqlər:   Azərbaycan   Ermənistan   Sərhəd   Təxribat  





Xəbər lenti