Ötən ay zəhərlənən 165 şəxsdən 9-u ölüb - KTM

   Ötən ay zəhərlənən 165 şəxsdən 9-u ölüb -    KTM
  03 Aprel 2024    Oxunub:872
Mart ayı ərzində Klinik Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 165 müraciət daxil olub
KTM-dən AzVision.az -a verilən məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 13-ü dəm qazından, 76-sı dərmandan və 17-si etanoldan zəhərlənən şəxslərdir.

Həmçinin 21 nəfər allergik reaksiyadan, 30 nəfər sirkə turşusundan, 7 nəfər həlledici məhluldan (uşaq), 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 9-u dünyasını dəyişib. Onlardan 4-ü qadın, 5-i kişi olub.

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti