Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı
  11 May 2024    Oxunub:456
Nizami rayonunda mənzildə meyit aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti