İndoneziyada daşqın və lava axını: 67 nəfər ölüb

İndoneziyada daşqın və lava axını:    67 nəfər ölüb
  15 May 2024    Oxunub:691
İndoneziyanın Qərbi Sumatra vilayətində şiddətli yağışların yaratdığı daşqınlar, habelə Marapi və Sinqqalanq vulkanlarından soyumuş lava axını nəticəsində 67 nəfər ölüb.
Bu barədə Agence France-Presse məlumat yayıb. Qeyd olunub ki, təbii fəlakət vilayətin əsasən Tanah Datar, Aqam, Paryaman və Padanq Pacanq rayonlarında təsirli olub. Daşqın və lava axını nəticəsində yaşayış məntəqələrində tikililərə, infrastruktura, avtomobil yollarına ziyan dəyib.

Qeyd edək ki, Sumatra adasında şiddətli yağışlar mayın 11-də başlayıb. Ərazidən əhalinin təxliyəsi həyata keçirilir. Bu səbəbdən səlahiyyətli qurumlar ölənlərin, itkin düşənlərin dəqiq sayını bilmir.

AzVision.az


Teqlər: İndoneziya   Lava  





Xəbər lenti