"Azərişıq"ın Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb

   "Azərişıq"ın Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb
  20 May 2024    Oxunub:918
Nazirlər Kabineti 14 may 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Azərişıq" ASC-nin strukturu"nda dəyişiklik edilb.
AzVision.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.

Qərara əsasən, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsinin yerinə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) yaradılıb və onun tərkibində Sumqayıt, Xızı, Qobustan rayon elektrik şəbəkələri və Bağlar elektrik şəbəkəsi daxil olunub.

Eyni zamanda, Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şuşa) yaradılıb və onun tərkibinə Şuşa, Xocavənd, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Cəbrayıl rayon və Xankəndi elektrik şəbəkəsi daxil edilib.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti   qərar   Azərişıq   Qarabağ  





Xəbər lenti