İsveç Ukraynaya 7 milyard dollarlıq hərbi yardım ayırır

   İsveç Ukraynaya 7 milyard dollarlıq hərbi yardım ayırır
  22 May 2024    Oxunub:713
İsveç hökuməti və onu dəstəkləyən “İsveç Demokratlar” partiyası Ukrayna üçün 75 milyard kron (7,02 milyard ABŞ dolları) məbləğində üç illik hərbi dəstək proqramının formalaşdırılması haqqında razılığa gəlib.
Bu barədə İsveç hökumətinin ofisi məlumat yayıb. Qeyd olunub ki, İsveçin Ukraynaya illik hərbi dəstəyi 25 milyard korn (2,24 milard AB dolları) təşkil edəcək. Nəticədə, İsveçdən Ukraynaya hərbi və mülki yardım 100 milyard krona (9,35 milyard dollar) çatacaq.

“Dəstək proqramına müdafiə sahəsində hərbi texnikanın verilməsi, maliyyə yardımları və digər texnikaların alınması daxil ola bilər. Daxili silahlanma Ukraynaya davamlı dəstəklə eyni vaxtda baş verməlidir. Odur ki, hökumət və “İsveç Demokratlar” partiyası razılaşır ki, Kiyevə yardım ölkənin müdafiə qabiliyyətinə ziyan vurmamalı və ya digər zəruri islahatlara mane olmamalıdır”, - bəyanatda vurğulanıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti