İranda prezident olmaq istəyən 37 nəfər qeydiyyatdan keçib

   İranda prezident olmaq istəyən 37 nəfər qeydiyyatdan keçib
  02 İyun 2024    Oxunub:1372
İranda növbədənkənar prezident seçkilərində iştirak etmək üçün rəsmi qeydiyyatdan keçən namizədlərin sayı dörd gündə 37-yə çatıb.
TASS xəbər verir ki, bu barədə ölkənin seçki qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

"Cəmi 37 nəfər prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib, sabah qeydiyyatın son günüdür", - o, mətbuat konfransında bildirib. Qurum rəsmisi qeyd edib ki, müraciət edən 37 nəfərdən 20-si iyunun 2-də seçki qərargahına sənəd verib.

Onların arasında Qərbi sərt tənqid etməsi və İranın nüvə proqramının sürətli inkişafı ilə yadda qalan keçmiş prezident Mahmud Əhmədinejad da var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti