Yaponiyada güclü zəlzələ baş verib: Binalar çöküb

Yaponiyada güclü zəlzələ baş verib:    Binalar çöküb
  03 İyun 2024    Oxunub:1365
Yaponiyanın qərbində yerləşən İşikava vilayətində 6 bal gücündə zəlzələ hadisəsi meydana gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Zəlzələ əyalətin Suzu və Vacima şəhərlərində daha güclü fəsadlar törədib. Vacimada 5 bina tamamilə yerlə yeksan hala gəlib.

Təbiət hadisəsi yerli saatla 6:31-də baş verib, ardınca isə 6:40-da 4,8 bal gücündə afterşok yaranıb. Zəlzələ ocağının 10 km dərinlikdə yerləşdiyi bildirilir.

Ərazidəki atom elektrik stansiyaları hadisədən təsirlənməyib, habelə sunami ehtimalı ilə bağlı da xəbərdarlıq verilməyib.

Hadisə nəticəsində tələfat qeydə alınmayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Yaponiya   hadisə   zəlzələ  





Xəbər lenti