Zelenski Fransadadır - VİDEO

   Zelenski Fransadadır -    VİDEO
  06 İyun 2024    Oxunub:552
Ukrayna Prezidenti Volodimir Zelenski həyat yoldaşı Olena Zelenska ilə birgə "Neptun" əməliyyatının ildönümü ilə bağlı mərasimə qoşulmaq, habelə fransalı və amerikalı həmkarları ilə görüşmək məqsədilə Fransaya gedib.
AzVision.az xəbər verir ki, o bu barədə özünün "X" hesabından bildirib.

Zelenski keçirəcəyi görüşlərin "Ukraynanın gücünü artırmaq və bəşəri dəyərlərə hörmətlə yanaşan hər kəs arasında birliyi möhkəmləndirmək" məqsədi daşıdığını vurğulayıb.

O, "Neptun" əməliyyatının ildönümü ilə bağlı beynəlxalq mərasimdə iştirakdan məmnunluğunu diqqətə çatdıraraq:

"Bu hadisə azadlıq və demokratiya yolunda göstərilən cəsarət və qətiyyətin bariz nümunəsidir. Vaxtı ikən Avropanın müdafiəsini müttəfiqlər (ABŞ, Britaniya, Fransa və SSRİ - red.) həyata keçirirdilər, hazırda isə bu vəzifə ukraynalıların üzərinə düşüb. Onda qələbə çalan həmrəylik bu gün də qalib gələ bilər", - Prezident yazıb.

Onun mərasimin ardınca Emmanuel Makron və Co Baydenlə ayrı-ayrılıqda görüşləri nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ukrayna   Fransa   prezident   səfər  





Xəbər lenti