“Qəzzada atəşkəs olmasa, bir nəsil yox olacaq”

   “Qəzzada atəşkəs olmasa, bir nəsil yox olacaq”
  14 İyun 2024    Oxunub:669
“İsrailin hücumları altında olan Qəzza zolağında atəşkəs əldə olunmazsa, bir nəsil məhv olacaq”.
AzVision.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini deyib.

İsrail Qəzzada atəşkəsə hazırdır
Qəzzada dünyanın heç bir yerində heç bir uşağın görməməsi və yaşamaması lazım olan hadisələri yaşadıqlarına diqqət çəkən UNRWA-nın Baş Komissarı çoxlu sayda insanın öldüyünü və yaralandığını, sağ qalanların isə dərin travmalar yaşadığını qeyd edib.

O bildirib ki, İsrailin hücumları nəticəsində xeyli sayda uşaq məktəbləri dağıdılıb.

Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 517-si uşaq, 10 min 279-u qadın olmaqla 37 min 232 fələstinli həlak olub, 85 min 37 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   Qəzza   İsrail   müharibə  





Xəbər lenti