Millimiz "Çövkən" üzrə dünya çempionu oldu -YENİLƏNİB +Fotolar

 Millimiz "Çövkən" üzrə dünya çempionu oldu -YENİLƏNİB +Fotolar
  16 İyun 2024    Oxunub:1387
Binə Atçılıq Mərkəzində “Çövkən” üzrə 2-ci dünya çempionatının final oyununa start verilib.
Millimiz finalda Mərakeşə 2:0 qalib gələrək dünya çempionu olub. Yarışdan sonra keçirilən mükafatlandırılma mərasimində millimizin üzvlərinə kubok və medalları Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev təqdim edib.
16:06
Mərakeş millisi ilə qarşılaşan Azərbaycan millisi ilk hissədən sonra 2:0 öndədir.
15:46
AzVision.az xəbər verir ki, Azərbaycan millisi Mərakeşlə qarşılaşır. Oyunda hesab açılıb. Millimiz 1-0 öndədir.

Qeyd edək ki bir müddət öncə başa çatan yarımfinal oyununda Nigeriya Özbəkistana qalib gələrək dünya üçüncüsü olub.


Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər: Çövkən  





Xəbər lenti