Cinayətkar saxlanılarkən ailə üzvlərini önə verib polisləri qətlə yetirdi

      Cinayətkar saxlanılarkən ailə üzvlərini önə verib polisləri qətlə yetirdi
  24 İyun 2024    Oxunub:1399
Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində iyunun 24-də əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərilib.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.

Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən məhv edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti