Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub
  29 İyun 2024    Oxunub:932
Azərbaycanın yeniyetmə cüdoçuları Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya uşaqları” Oyunlarında iştirak edəcəklər
AzVision.az xəbər verir ki, Azərbaycan millisi yarışda 11 çəki dərəcəsində 5 qız və 6 oğlan cüdoçu ilə təmsil olunacaq.

Qeyd edək ki, Oyunlarda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova ədalət təmsilçiləri arasında yer alacaq.

Qızlar arasında Gülşən Hüseynova (40 kiloqram), Gülgəz Musayeva (44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), Səmayə Yusiflı (52 kiloqram) və Fidan Cəlilli (63 kiloqram) mübarizə aparacaqlar. Oğlanların yarışında isə Anar Quliyev (46 kiloqram), Məhəmməd Rüstəmli (50 kiloqram), İlkin Qarayev (55 kiloqram), Özqan Quliyev (60 kiloqram), Əli Hümbətli (66 kiloqram) və Amin Mehdiyev (73 kiloqram) qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Asiya uşaqları” Oyunlarında cüdo yarışları iyunun 30-dan iyulun 2-dək keçiriləcək.

AzVision.az




Teqlər:





Xəbər lenti