Qəzzada 460 mindən çox uşaq poliomielit əleyhinə peyvənd edilib

Qəzzada 460 mindən çox uşaq poliomielit əleyhinə peyvənd edilib
  09 Sentyabr 2024    Oxunub:678
Birləşmiş Ərəb Əmirlikləri, Əmirliyin tibb işçilərinin iştirak etdiyi kampaniyanın ilk səkkiz günündə Qəzza zolağında 460,000 uşaq üçün poliomielit peyvəndini tamamladığını açıqladı.
AzVision.az xıbır verir ki, peyvənd 2 mindən çox mütəxəssis tərəfindən təmin edilən 150 tibb mərkəzində aparılır. Ümumilikdə Qəzza zolağında yaşayan 640 min uşaq poliomielit peyvəndi almalıdır.

Qeyd edək ki. sentyabrın 1-də Fələstin anklavında uşaq iflicinə qarşı peyvənd kampaniyası başlayıb. Kampaniya Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Uşaq Fondu və BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyi tərəfindən həyata keçirilir. Bundan əvvəl BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan kampaniyaya dəstək üçün 5 milyon dollar ayrılması barədə göstəriş vermişdi.

Xatırladaq ki, Avropa İttifaqının xarici siyasət komissarı Cozef Borrell Netanyahu administrasiyasını poliomielit peyvəndi etmək üçün Qəzzada 3 günlük humanitar atəşkəsə çağırmışdı.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Qəzza   poliomielit   peyvənd  





Xəbər lenti