Şoyqu: "Ukraynalıları Kurskdan çıxarılmayana qədər heç bir danışıq olmayacaq"

   Şoyqu:    "Ukraynalıları Kurskdan çıxarılmayana qədər heç bir danışıq olmayacaq"
  10 Sentyabr 2024    Oxunub:812
"Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən çıxarmayana qədər Kiyev rejimi ilə heç bir danışıqlar aparılmayacaq".
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

O, həmçinin Kiyevin Kursk Atom Elektrik Stansiyası (AES) ətrafında apardığı fəaliyyəti nüvə terroru adlandırıb.

“Kursk Atom Elektrik Stansiyasına qarşı atom terroru həyata keçirmək istəyi, terrorun ən yüksək səviyyəsindən başqa bir şey deyil”, - TASS Şoyqudan sitat gətirib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti