BRİCS-in genişlənməsi Qərbi narahat edir

   BRİCS-in genişlənməsi Qərbi    narahat edir
  12 Sentyabr 2024    Oxunub:1105
Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu BRİCS təşkilatı tezliklə bir neçə ölkə, xüsusilə də İran, Misir və Səudiyyə Ərəbistanı ilə genişlənə bilər ki, bu da Qərbdə ciddi narahatlıq doğurur.
AzVision.az xəbər verir ki, “The Times” qəzetinin icmalçısı Rocer Boyesin yazdığı məqalədə NATO ekspertləri ümumi hərbi doktrina və mərkəzləşdirilmiş komandanlığın olmaması səbəbindən BRİCS-in tamhüquqlu hərbi ittifaqa çevrilməsi ehtimalına şübhə ilə yanaşırlar. Lakin Rusiya, Çin və blokun digər üzvləri arasında strateji əməkdaşlıq qlobal təhlükəsizlik üçün uzunmüddətli nəticələrə səbəb ola bilər.

“BRİCS enerji texnologiyaları və hərbi sənaye üçün mühüm resurslar olan kobalt, mis və litium da daxil olmaqla strateji metallar üçün kartel yaratmağa çalışır. Səudiyyə Ərəbistanı artıq bu qruplaşmanın bir hissəsi kimi resurs ehtiyatlarını genişləndirməyi düşünür. Konqo Demokratik Respublikası və Çilinin də əlavə edilməsi BRİCS-in kritik dərəcədə vacib olna materiallar üzərində nəzarətini daha da gücləndirə bilər”, - məqalədə vurğulanır.

Müəllifin sözlərinə görə, Çin Qırmızı dənizdə Misirlə birgə hərbi təlimlərdə fəal iştirak edir. Təşəbbüs Pekinin əsas dəniz ticarət yollarına nəzarət etməklə regionda öz mövqeyini gücləndirmək planının bir hissəsidir. İran Rusiyaya Ukrayna şəhərlərinə zərbələr endirmək üçün istifadə oluna bilən qısa mənzilli raketlərini təklif edir. Bunun qarşılığında isə Rusiya İranın ərzaq məhsulları ilə təminatına yardım göstərir. Beıə mübadilə BRİCS çərçivəsində iqtisadi əməkdaşlığın tədricən hərbiləşdirilməsini göstərir.

BRİCS: Alternativ inkişaf platforması | TƏHLİL
Qeyd edək ki, ötən ay Azərbaycan da BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİCS sammitinə rəsmi dəvət alıb. Təşkilatın təsisatında və fəaliyyətində önəmli rol oynayan Ruisya isə Azərbaycanın BRİCS-ə üzvlüklə bağlı müraciətini dəstəklədiyini açıqlayıb. BRİCS-in beynəlxalq aləmdə artan cəlbediciliyi onun hegemonluq iddiasında olan kollektiv Qərbə alternativ inkişaf platforma rolunu oynamasıdır.

Sahil İsgəndərov
AzVision.az







Teqlər:   BRİCS   Qərb   narahatlıq  





Xəbər lenti