Lavrov: "Kiyev Çernobıl kimi nüvə fəlakətinə səbəb ola bilər"

   Lavrov:    "Kiyev Çernobıl kimi nüvə fəlakətinə səbəb ola bilər"
  12 Sentyabr 2024    Oxunub:981
"Ukrayna Silahlı Qüvvələrinin atom elektrik stansiyalarına endirdiyi zərbələr Çernobıl AES-də baş vermiş qəzaya bənzər nüvə fəlakətinə səbəb ola bilər".
Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 12-də diplomatik missiyaların rəhbərləri ilə təşkil olunan dəyirmi masada deyib. Dəyirmi masa Ukrayna münaqişəsi ətrafında vəziyyətin nizamlanmasına həsr olunub.

Lavrovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri avqustun 11-də Zaporojye Atom Elektrik Sstansiyasını(AES) atəşə tutan zaman bölgə sözün həqiqi mənasında fəlakət ərəfəsində olub. Lakin Qərb bu hadisəni adi qəbul edib: "Onların marionetlərinin hərəkətləri sonda Çernobıl kimi fəlakətə gətirib çıxara bilər. Bundan isə ilk növbədə Avropa zərər çəkəcək".
Nazir qeyd edib ki, Kiyev hətta Ukrayna Silahlı Qüvvələrinin Kursk AES-ə qəsdən hücum etdiyini və burada da gərgin vəziyyətin yaratdığını gizlətmir.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti