Starmer Baydenlə görüşəcək

   Starmer Baydenlə görüşəcək
  13 Sentyabr 2024    Oxunub:1197
Britaniyanın Baş naziri Kir Starmerin ABŞ-yə səfəri çərçivəsində Ağ Evdə Prezident Co Baydenlə görüşü gözlənilir.
Görüşdə əsasən Ukrayna və Qəzza zolağında müharibələrin cari vəziyyəti ilə bağlı danışıqlar aparılacağı bildirilir.
Starmer: "Putin müharibəni istənilən vaxt bitirə bilər"

Britaniya hökumətinin başçısının Donald Tramp və Kamala Harislə görüşüb-görüşməyəcəyi isə hələlik məlum deyil.

Bu, Kir Starmerin Baş nazir vəzifəsinə gəlməyinin ardınca Vaşinqtona ikinci səfəridir. O, iyulun 9-da ilk səfəri zamanı da Bayden tərəfindən qəbul edilmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Britaniya   ABŞ   baş-nazir   prezident   görüş  





Xəbər lenti