Ermənistanda Qərbi Nil qızdırmasından 4 nəfər ölüb

Ermənistanda Qərbi Nil qızdırmasından 4 nəfər ölüb
  14 Sentyabr 2024    Oxunub:902
Daha 128 nəfərin qızdırmaya yoluxduğunun laboratoriyada təsdiqləndiyi bildirilir.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin xəstəliklərə nəzarət və profilaktika milli mərkəzi məlumat yayıb.

Xatırladaq ki, Qərbi Nil virusu insanlara ağcaqanad sancması nəticəsində qanla keçir. Virus insandan-insana keçmir. Yoluxma yalnız qanköçürmə, orqan transplantasiyası zamanı baş verə bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti