COVID-in yeni versiyası dünyada sürətlə yayılır

COVID-in yeni versiyası dünyada sürətlə yayılır
  16 Sentyabr 2024    Oxunub:866
Bildirilib ki, COVID XEC mutasiyasına ilk dəfə bu ilin iyun ayında Almaniyanın paytaxtı Berlin şəhərində rast gəlinib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Mütəxəssislər havaların soyuması ilə bu versiyanın daha təhlükəli olacağını proqnozlaşdırırlar.

Məlumata görə, COVID-ə yoluxanların 10 faizində yeni mutasiyaya rast gəlinir.

Xüsusilə Danimarka, Almaniya, Böyük Britaniya və Niderlandda COVID XEC sürətlə yayılır.

Həkimlər qeyd edirlər ki, yeni mutasiyanın əsas əlamətləri yüksək temperatur, öskürmə, dadbilmə və qoxu qabiliyyətinin itməsi, yorğunluqdur.

Vurğulanıb ki, mövcud vaksinlər yeni mutasiyaya qarşı da keçərlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti