Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb

   Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb
  19 Sentyabr 2024    Oxunub:1210
İtaliyada rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Venesiya meydanında ucaldılmış Naməlum əsgərin abidəsini ziyarət edib, önünə əklil qoyub, xatirəsini yad edib.
AzVision.az xəbər verir ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin hazırda fəaliyyətdə olan Baş Qərargah rəisi admiral Cuzeppe Kavo Draqone ilə görüşüb.



Təkbətək və geniş tərkibli görüşlərdə, həmçinin Azərbaycan ilə İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.



General-polkovnik K.Vəliyev admiral C.K.Draqoneni NATO-nun Hərbi Komitəsinin rəhbəri təyin olunması ilə əlaqədar təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti