Qiymətli metalın qiyməti səhər 1 Troya unsiyası üçün 2651 dollar təşkil edib (+0,4 faiz). Sessiyanın sonuna kimi kotirovkalar bir qədər geriləyərək həftəni bir unsiya üçün 2 647,1 dollar (+1,17%) səviyyəsində başa vurub. Ekspertlər hesab edirlər ki, sentyabrda qızılın qiymətinin artmasına səbəb ABŞ Federal Ehtiyat Sisteminin ticarət iştirakçılarına nikbinlik bəxş edən hərəkətləri olub.
Amerika tənzimləyicisi pul siyasətini yumşaldaraq, əsas dərəcəsini 50 baza bəndi aşağı salaraq illik 4,75-5%-ə endirib. Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk dəfə uçot dərəcəsini aşağı salıb.
AzVision.az