Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə tədbir keçirilib

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə tədbir keçirilib
  23 Sentyabr 2024    Oxunub:858
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - krallıq elan olunması günü münasibəti ilə qəbul təşkil edib
AzVision.az APA-ya istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh Əl-Cüteyli çıxış edib.

Diplomat qeyd edib ki, Səudiyyə Ərəbistanı Krallığı beynəlxalq miqyasda mühüm və nüfuzlu ölkədir.

1991-ci ildən başlayan Səudiyyə Ərəbistanı-Azərbaycan tarixi əlaqələrində müxtəlif sahələr üzrə mühüm inkişafın olduğunu bildirən səfir deyib ki, ölkələr arasında ticarət dövriyyəsinin həcmində artım var.

Səfir COP29-un təşkilində Azərbaycana uğur diləyib.

Daha sonra maliyyə naziri Samir Şərifov çıxış edərək Azərbaycan Prezidentinin və Hökumətinin Səudiyyə Ərəbistanı xalqına səmimi təbriklərini çatdırıb. Nazir bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və İslam irsinə söykənir, xalqlarımız bir-birinə tarixi, dini və mədəni köklərlə bağlıdır: "Keçirilən yüksək səviyyəli mühüm görüşlər ölkələrimizin siyasi-iqtisadi əlaqələrinin genişlənməsinə təkan verib. Azərbaycan Höküməti olaraq Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qətnamələrin qəbulunda Azərbaycanın mövqeyini daim dəstəkləməsi və İslam ölkələrində ictimai rəyin formalaşmasında güclü təsir göstərdiyinə görə Səudiyyə Ərəbistanı Krallığına, xalqına minnətdarlığımızı bildirirəm".

Samie Şərifov qeyd edib ki, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı yüksək səviyyədədir: “Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi, siyasi, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq edir. Azərbaycan höküməti olaraq Səudiyyə Ərəbistanı Krallığına COP29 beynəlxalq konfransın keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edirəm. COP29 ev sahibliyi edən ölkə kimi Azərbaycan dövləti iqlim dəyişikliyi və fəsadlarına öz töhfəsini ortaya qoyub".

Tədbir bədii hissə ilə başa çatıb.

AzVision.az



Teqlər:





Xəbər lenti