Nikosiyadan İrəvana təklif: "Təlimlərin formatı genişləndirilsin"

   Nikosiyadan İrəvana təklif:    "Təlimlərin formatı genişləndirilsin"
  25 Sentyabr 2024    Oxunub:811
İrəvanda səfərdə olan Kiprin müdafiə naziri Vasilis Palmas Ermənistanla əməkdaşlığı artırmağı təklif edib.
O, erməni həmkarı Suren Papikyanla keçirdiyi brifinqdə deyib ki, birgə təlimlərin formatı genişləndirilməlidir. Bundan başqa, tərəflər diqqəti daha çox hərbi-texniki əməkdaşlıq çərçivəsində texnologiya mübadiləsinə yönəltməlidir.

Nazir qeyd edib ki, Ermənistan və Kipr arasında hərbi əməkdaşlıq geniş spektrli fəaliyyətləri, o cümlədən Yunanıstanın da iştirakı ilə olan birgə təlimlər, qarşılıqlı hərbi səfərlər və müdafiə təchizatını əhatə edir.
İrəvan və Nikosiya hərbi təhsil sahəsində də əməkdaşlığı genişləndirir.
Xatırladaq ki, hər iki ölkənin xüsusi təyinatlı birləşmələrinin son təlimləri 2023-cü ilin noyabrında keçirilib və Yunanıstan da bu hərbi tədbirlərdə iştirak edib.

Tural Tağıyev

AzVision.az



Teqlər:





Xəbər lenti