Smotriç: "Hizbullah"ın məhvi tək çıxış yoludur"

      Smotriç:    "Hizbullah"ın məhvi tək çıxış yoludur"
  26 Sentyabr 2024    Oxunub:971
"Ölkəmizin şimalında aparılan əməliyyat yalnız bir ssenari ilə başa çatmalıdır: "Hizbullah"ı zərərsizləşdirmək və şimal sakinlərimizə zərər vermək gücünü aradan qaldırmaq".
Bu sözləri İsrailin maliyyə naziri Betsalel Smotriç "X" hesabında yazıb.

İsrail və Livanın "Hizbullah" qruplaşması arasında münaqişənin dayandırılmasına dair ABŞ Prezidenti Co Bayden ilə fransalı həmkarı Emmanuel Makronun 21 günlük atəşkəs çağırışını "yolverilməz" sayan nazir vurğulayıb ki, "düşmənə özünü toplamaq üçün imkan verilməməlidir".

"Qruplaşmanın aldığı ağır zərbələrdən özünü toxtaması və 21 gündən sonra yenidən hərəkətə keçməsinə macal vermək olmaz. "Hizbullah"ın məğlubiyyəti sakinlərimizi təhlükəsizlik şəraitdə şimaldakı evlərinə qaytarmağın yeganə yoludur", - Smotriç yazıb.
Baydenlə Makron İsrail və "Hizbullah"ı atəşkəsə çağırıblar - YENİLƏNİB

Xatırladaq ki, ötən günlərdə "Hizbullah"a məxsus minlərlə peycerin partlaması nəticəsində bu qruplaşma ilə İsrail arasında münaqişə daha da şiddətlənib. Ötən gün İsrail Hərbİ Hava Qüvvələrinin Beyruta endirdiyi aviazərbə nəticəsində "Hizbullah"ın raket bölməsinin ali hərbi komandiri İbrahim Qübeysi həyatını itirib. Co Bayden və Emmanuel Makronun bu gün münaqişənin həlli istiqamətində tərəfləri atəşkəsə çağırıblar. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bu çağırışa müsbət cavab verildiyi bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   münaqişə   atəşkəs  





Xəbər lenti