Lukaşenko: "NATO bizə hücum etsə, nüvəni işə salacağıq!"

      Lukaşenko:   "NATO bizə hücum etsə, nüvəni işə salacağıq!"
  27 Sentyabr 2024    Oxunub:976
"NATO-nun Belarusa hücumu Üçüncü Dünya müharibəsi ilə başa çatacaq".
AzVision.az BELTA-ya istinadən xəbər verir ki, bu fikri Belarus prezidenti Aleksandr Lukaşenko səsləndirib.
Onun sözlərinə görə, NATO nəinki Rusiyaya. eləcə də Belarusa hücum edəcəyi təqdirdə nüvə silahından istifadə olunacaq.

Lukaşenko sanksiyaları faşizm adlandırıb
"Putin bu yaxınlarda nüvə doktrinasına düzəlişlər edərək bunu təsdiqlədi. Yəni əgər Rusiya və Belarusa hücum olarsa biz nüvə silahından istifadə edəcəyik", - Lukaşenko Qərbə xəbərdarlıq edib.

Lukaşenkonun sözlərinə görə, amerikalılar və polyaklar artıq sərhəddə düzülüblər. Konkret olaraq Polşa rəhbərliyi isə “əllərini ovuşdurur”: “Onlar hücum edən kimi biz nüvə silahından yararlanacağıq və Rusiya da bizimlə bərabər müharibəyə qarışacaq”.

Xatırladaq ki, bir müddət öncə Rusiya prezidenti Vladimir Putin demişdi ki, Belarusa təcavüz olarsa, Moskva nüvə silahından istifadə etmək hüququnu özündə saxlayacaq.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Belarus   NATO   Nüvə  





Xəbər lenti