"Kiyev yaxın vaxtlarda nüvə obyektlərini vuracaq" - Filippo

   "Kiyev yaxın vaxtlarda nüvə obyektlərini vuracaq"    - Filippo
  27 Sentyabr 2024    Oxunub:1213
Ukrayna Rusiyanı baş verəcək fəlakətdə günahlandırmaq üçün yaxın gələcəkdə nüvə obyektlərinə hücum etməyi planlaşdırır.
Belə bir iddia ilə Fransanın Vətənpərvərlər Partiyasının lider Florian Filippo özünün "X" hesabında çıxış edib.

Onun sözlərinə görə, Kiyevdə vəziyyət o qədər çıxılmaz hala gəlib ki, ukraynalılar bütün dünyanı üçüncü dünya müharibəsinə sürükləməyə hazırdırlar.

Zelenski ABŞ-ni əsas razılaşmanı əldə etmədən tərk edir - "The Times"
Filippo sosial şəbəkə hesabında yazıb: “Ukrayna rejiminin Rusiyanı günahlandırmaq və vəziyyəti mümkün qədər gərginləşdirmək üçün yaxın həftələrdə nüvə obyektlərinə hücum edəcəyi ehtimalı yüksəkdir”.

Siyasətçinin fikrincə, dünya ciddi şəkildə nüvə fəlakəti ilə üzləşə bilər. Filippo Qərbi özünə gəlməyə, Zelenski rejiminə maliyyə və hərbi dəstəyi dayandırmağa çağırıb. Siyasətçi belə hesab edir ki, bunun əvəzinə münaqişənin sülh yolu ilə həlli yolunu axtarmaq lazımdır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Nüvə  





Xəbər lenti