Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyası çərçivəsində tədbirdə çıxış edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyası çərçivəsində tədbirdə çıxış edib
  27 Sentyabr 2024    Oxunub:630
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində nazirlərin İqlim Maliyyəsi mövzusunda NCQG üzrə qeyri-formal dialoqu tədbirində çıxış edib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşılıb.

Nazir C. Bayramov çıxışında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) diqqətin ədalətli və məqsədyönlü nəticələrin əldə olunması üçün iqlim maliyyəsi məsələsinə yönəldilməsinin vacibliyindən danışıb.

Azərbaycanın COP29-a sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslərə və aparılan müzakirələrə toxunan nazir bu kimi addımların iqlim maliyyəsi və digər vacib məsələlərin həllinə verdiyi töhfələrdən bəhs edib.


Teqlər:





Xəbər lenti