Baş Qərargah rəisi NATO rəsmisi ilə görüşüb

Baş Qərargah rəisi NATO rəsmisi ilə görüşüb
  09 Oktyabr 2024    Oxunub:1083
Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev Bakıda səfərdə olan NATO Beynəlxalq Hərbi Qərargahının baş direktoru, general-leytenant Yanuş Adamçak ilə görüşüb.
AzVision.az xəbər verir ki, Kərim Vəliyev NATO ilə münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirib və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Azərbaycan bölmələrinin hazırlanmasına böyük töhfə verdiyini qeyd edib və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti