Tramp Ukrayna müharibəsini tez bitirmək istəyir - "Politico"

   Tramp Ukrayna müharibəsini tez bitirmək istəyir    - "Politico"
  25 Noyabr 2024    Oxunub:382
ABŞ-nin yeni prezidenti Donald Tramp, hətta prezident kimi ilk dəfə ölkəyə başçılıq edən zaman özünü danışıqlar təşkil edən "master" hesab edirdi. O, ABŞ-nin bütün dünyadakı düşmənləri ilə sövdələşmələr aparmağa çalışırdı. Onu yaxından tanıyan rəsmilərin sözlərinə görə, o, hazırda Ukraynada olduğu kimi İsraildə də müharibəyə son qoymağa çalışır.
Bu fikirlər "Politico"da dərcv olunan məqalədəndir. Bununla belə, məqalə müəllifi qeyd edib ki, sülhməramlı olmaq Tramp üçün o qədər də asan olmayacaq. Hətta Tramp ilk prezidentlik dövründə Çin, İran və Şimali Koreya ilə uğurlu razılaşmalar əldə edə bilməmişdi.

Tramp Baydenin yolunu gedəcəkmi? Yanvarda bilinəcək
“Tramp Oval kabinetini (ABŞ prezidentlərinin iş otağı-red.) tərk etdikdən sonra dörd il ərzində dünya xeyli dəyişdi. Beynəlxalq aləm elə dəyişib ki, siyasətçi ötən dəfəkindən daha sərt beynəlxalq mühitlə üzləşməli olacaq. Bu sərtlik özünü Ukrayna və Yaxın Şərqdəki müharibələrin tezliklə sona çatmayacağı ilə göstərir”, - nəşr qeyd edib.

Müəllif iddia edib ki, Tramp prezident seçilməmişdən əvvəl Ukraynadakı müharibəyə son qoymaqla bağlı əsas kampaniya vədlərindən birini pozmaq perspektivi ilə üzləşib. O, bunu "24 saat ərzində" reallaşdıracağını demişdi.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   ABŞ  





Xəbər lenti